Qızıl və gümüş ucuzlaşıb (01.07.2026)
Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb.
ENA.az xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 3.988 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 3.21% ucuzlaşaraq 58 ABŞ dolları təşkil edib.


















