Gündəm

Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması üçün yeni tarix açıqlayıb

Ermənistanın baş naziri Nikol Paşinyan 2027-2028-ci illərdə Azərbaycanla sülh müqaviləsinin imzalanmasını zəruri hesab edir.

ENA.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.

"Mən demişdim ki, Azərbaycanla sülh sazişi 2031-ci ilə qədər imzalana bilər. Dəqiq desək, hesab edirəm ki, biz sazişi 2027-2028-ci illərdə imzalamalıyıq. Azərbaycanla işləməliyik", - Paşinyan bu gün jurnalistlərə deyib.

Daha əvvəl Ermənistanın baş naziri Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilədək imzalana biləcəyini bəyan etmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)