Birja

"Kapital Bank" 10 faiz gəlirlilik verən manat istiqrazı buraxır - TARİX

Avqustun 5-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Kapital Bank" ASC-nin 100 milyon manatlıq istiqrazlarının 50 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının ilk tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd istiqraz abunə yazılışı üsulu ilə yerləşdiriləcək və 12 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 10 %-dir. Faizlər aylıq ödəniləcək.

Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)