Azərbaycanda orta illik inflyasiya proqnozu artırıldı
Bu il Azərbaycanda orta illik inflyasiyanın əvvəlcədən deyildiyi kimi 4,8 % yox, 5,7 % olacağı gözlənilir.
Maliyyə Nazirliyinin açıqladığı "2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədində bildirilir ki, cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə və ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər və sair amillər nəzərə alınmaqla orta illik inflyasiya proqnozu artırılıb.
Qeyd edək ki, Maliyyə Nazirliyi beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış "2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədini açıqlayıb.
Sənəd bu ilin I yarısında makroiqtisadi vəziyyəti, dövlət və icmal büdcələrinin icrasına dair dəqiqləşdirilmiş məlumatları, makroiqtisadi və fiskal göstəricilər üzrə ilin sonuna gözləntiləri özündə ehtiva edir.
Sənədlə bu link vasitəsilə tanış olmaq mümkündür.


















