Aqrar

7 ayda Azərbaycan xaricdən 26 milyon dollar dəyərində süd və qaymaq alıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 13,2 min ton süd və qaymaq idxal edib.

Dövlət Gömrük Komitəsinin mlumatına görə, bu həcmdə süd və qaymağın dəyəri 25,6 milyon ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 3,8 min ton (40,8 %), dəyər baxımından isə 9,9 milyon ABŞ dolları (63,3 %) çoxdur.

Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edib.

7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)