Ermənistanın Aİ-yə üzvlük həvəsi tezliklə keçəcək - Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük istəyinin uzun sürməyəcəyini bildirib.
ENA.az xəbər verir ki, Lavrov bu barədə Şərq İqtisadi Forumunda jurnalistlərə açıqlamasında danışıb.
O, Avropa İttifaqının iqtisadi baxımdan əvvəlki üstünlüklərini itirdiyini iddia edib.
“İqtisadi baxımdan Avropa İttifaqı bir çox amillər, o cümlədən uzaqgörən olmaması, daha sərt ifadə etsək, səfehliyi səbəbindən öz üstünlüklərini itirir”, - deyə Lavrov bildirib.
Rusiya XİN rəhbəri qeyd edib ki, bəzi ölkələr, o cümlədən Serbiya və Ermənistan Aİ-yə üzv olmaq istiqamətində addımlar atır.
“Bizim serb dostlarımız, hazırda isə erməni həmkarlarımız Aİ-yə üzv olmağa çalışırlar. Əminəm ki, onların bu həvəsi çox tezliklə keçəcək”, - Lavrov deyib.
Lavrovun sözlərinə görə, Avropa İttifaqı hazırda sahib olduğu iqtisadi üstünlükləri özü “dağıdır”.

















