Birja

“Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb (04.09.2026)

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə kəskin bahalaşma müşahidə olunur.

ENA.az xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 4,53% bahalaşaraq 81 039,86 ABŞ dollarına yüksəlib.

“Ethereum” 4,82% artaraq 2 512,47 dollara, BNB 4,95% bahalaşaraq 726,30 dollara çatıb. “Zcash” 16,43% yüksələrək 950,46 dollara, “Bitcoin Cash” 3,83% artaraq 256,62 dollara, “Bittensor” isə 5,39% bahalaşaraq 229,81 dollara yüksəlib. “Monero” isə 0,81% ucuzlaşaraq 503,20 dollara enib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)