Gündəm

Tramp: ABŞ-nin İran üzərində qələbəsi neftin qiymətinin aşağı düşməsinə səbəb olacaq

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar İranla müharibədə qalib gələcək və bundan sonra neftin dünya qiymətləri əhəmiyyətli dərəcədə düşəcək.

Məlumata görə, Donald Tramp bu açıqlamanı İllinoys ştatının Çikaqo şəhərətrafı ərazisində keçirilən "Presidents Cup" qolf turnirində "Fox News" telekanalının aparıcısının suallarını cavablandırarkən verib.

O deyib: "Biz İranla bu müharibədə çox tezliklə qalib gələcəyik. Qalib gələn kimi neftin qiymətləri müharibədən əvvəlki səviyyələrə düşəcək, əhəmiyyətli dərəcədə düşəcək".

Trampın sözlərinə görə, ABŞ artıq hərbi cəhətdən qalib gəlib, lakin mübarizəni davam etdirəcək.

"Hərbi cəhətdən biz artıq qalib gəlmişik, amma bu, bitdiyimiz anlamına gəlmir. Amma biz, şübhəsiz ki, böyük qələbə qazanırıq", - Amerika lideri deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)