Birja

Neft Trampın İran təklifini rədd etməsindən sonra bahalaşıb (28.09.2026)

Neftin qiyməti ABŞ Prezidenti Donald Trampın İranın atəşkəs təklifini rədd etməsindən sonra 1%-dən çox bahalaşıb.

ENA.az xəbər verir ki, Brent markalı neftin dekabr fyuçersləri 1,27% bahalaşaraq 1 barel üçün 105,64 dollara yüksəlib. WTI markalı neftin qiyməti isə 0,76% artaraq 93,11 dollar təşkil edib.

İran ötən həftə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında ABŞ-a Qətər vasitəçiləri üzərindən 7 günlük atəşkəs və Hürmüz boğazının yenidən açılmasını nəzərdə tutan təklif göndərib. Tramp şənbə günü təklifi rədd etdiyini açıqlasa da, bazar günü ABŞ və İran nümayəndələri arasında bu həftə yeni danışıqların keçiriləcəyini bildirib.

Analitiklər Yaxın Şərqdə geosiyasi risklərin yüksək olaraq qaldığını və regiondan neft tədarükünün həssaslığını qoruduğunu bildirirlər. Eyni zamanda, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya İranın dəstəklədiyi husilərin ölkəyə yönəltdiyi raket və pilotsuz uçuş aparatlarının qarşısının alındığını açıqlayıb.

Digər tərəfdən, Kpler məlumatlarına görə, Yaxın Şərqin əsas neft istehsalçılarının sentyabr ayında xam neft ixracı gündəlik 12,8 milyon barelə yüksəlib. Bu, fevralda başlayan müharibədən bəri ən yüksək göstəricidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)