Gündəm

İstanbulda İran təyyarəsinə həbs qoyulub

İstanbul Hava Limanından İrana uçuşlar həyata keçirən İranın "Caspian Airlines" aviaşirkətinə qarşı borca görə hüquqi proses başladılıb.

ENA.az "HaberGlobal"a istinadən xəbər verir ki, şirkətin 3 milyon avro borcu ilə əlaqədar kreditor şirkətin vəkilləri və icra məmurları İstanbul aeroportuna gəlib.

Onlar İran aviaşirkətinə məxsus, "EP-KPB" qeydiyyat nömrəli və bu ölkəyə uçuşa hazırlaşan təyyarənin havaya qalxmasına icazə verilməməsini tələb ediblər.

Bundan sonra icra məmurları sərnişinlərin təyyarədən endirilməsini istəyib. Sərnişinlər terminala aparılıb, təyyarəyə isə həbs qoyulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)