Birja

Yaxın Şərqdə gərginlik neft bazarında qiymətləri artırıb (07.10.2026)

Neftin qiyməti ABŞ-ın Meksika körfəzindəki hasilat bölgələrini təhdid edən fırtına və Yaxın Şərqdə artan gərginlik fonunda yüksəlib.

ENA.az xəbər verir ki, Brent markalı neftin dekabr fyuçersləri 0,92% bahalaşaraq 1 barel üçün 101,51 dollara, WTI markalı neft isə 0,92% artaraq 90,25 dollara yüksəlib.

ABŞ meteoroloqları Meksika körfəzində formalaşan fırtınanın iki gün ərzində 2026-cı ilin ilk Atlantik qasırğasına çevrilə biləcəyini və neft-qaz hasilatına təsir göstərə biləcəyini bildiriblər. Fırtınanın marşrutundakı dəniz yataqları ABŞ-ın xam neft hasilatının təxminən 15%-ni təmin edir.

Digər tərəfdən, Yəməndə İranın dəstəklədiyi Husilərin Səudiyyə Ərəbistanına hücumları Yaxın Şərqdə təchizatla bağlı narahatlıqları artırıb. Bununla belə, regiondan neft tədarükünün artması qiymətlərin yüksəlişini məhdudlaşdırır.

ABŞ və İran arasında münasibətlərdə də irəliləyiş əldə olunmaması neft bazarında qeyri-müəyyənliyi artıran əsas amillərdən biri olaraq qalır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)