Bank

ABB-də yeni Baş direktor təyin edilib

ABB-də (Azərbaycan Beynəlxalq Bankı) yeni təyinat olub.

Məlumata görə, Fariz Rəhimov bankın Baş direktoru vəzifəsinə təyin edilib.

O, 2024-cü ilin iyun ayından indiyə kimi ABB-də Risk ofisinin rəhbəri vəzifəsində çalışıb. Bundan əvvəl, 2019-cu ilin dekabr ayından 2024-cü ilin iyun ayınadək bankın Risklərin idarə edilməsi departamentinin direktoru, 2018-ci ilin may ayından 2019-cu ilin dekabr ayınadək isə həmin departamentin direktor müavini kimi fəaliyyət göstərib.

F.Rəhimov ABB-dəki fəaliyyətinə 2011-ci ilin noyabr ayında başlayıb və 2018-ci ilin may ayınadək bankda Kredit və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bundan başqa, F. Rəhimov 2026-cı ilin iyun ayından “ABB Invest” İnvestisiya Şirkətinin Müşahidə Şurasının üzvü, 2023-cü ilin yanvar ayından isə “Azərikard” MMC-nin Audit komitəsinin üzvüdür.

Bank sektorundakı karyerasına Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayan F. Rəhimov 2005-2010-cu illərdə bu qurumda müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, Fariz Rəhimov Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr və magistr, İngiltərənin “Durham” Universitetində maliyyə üzrə magistr təhsili alıb. O, həmçinin “Warwick Business School”da Executive MBA proqramını bitirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)