Gündəm

Avropa İttifaqı Çin mallarına qarşı yeni məhdudiyyətlər hazırlayır

Avropa İttifaqı (Aİ) Çinlə ticarət kəsirini azaltmaq və mümkün ticarət müharibəsinin qarşısını almaq məqsədilə Pekinə qarşı daha sərt tədbirlər hazırlayır.

ENA.az xəbər verir ki,  Aİ-nin ticarət komissarı Maroş Şefçoviç bu həftə Çinin ticarət naziri Vanq Ventao ilə görüşərək gündəlik 1 milyard dolları ötən ticarət kəsirini müzakirə edəcək.

Görüşlər öncəsi Aİ Çindən idxal olunan hibrid avtomobillərə qoruyucu tədbirlər tətbiq etməyi nəzərdən keçirir. Müəyyən idxal həcmini aşan avtomobillərə əlavə gömrük rüsumunun tətbiqi gündəmdədir. Çin markalarının Avropada hibrid avtomobil satışlarındakı payı avqustda təxminən 25%-ə yüksəlib.

Almaniya və Fransa isə Aİ-nin Çindən artan idxala qarşı daha güclü ticarət alətlərindən istifadə etməsini istəyir. İki ölkə ticarət müharibəsi yaranacağı təqdirdə Çinin Aİ bazarına çıxışını məhdudlaşdıra biləcək yeni səlahiyyətlər təklif edib.

Pekin isə Aİ-ni proteksionist siyasətdən çəkinməyə çağırıb. Danışıqların nəticələrinin oktyabrın 15-16-da Brüsseldə keçiriləcək Aİ liderlərinin sammitində müzakirə olunması gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)