Gündəm

“Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi

Elgün Rəsulov “Bakı Metropoliteni” QSC-də yeni vəzifəyə təyin olunub.

Məlumata görə, o, 2026-cı ilin oktyabr ayından etibarən “Bakı Metropoliteni” QSC-də sədrin müşaviri vəzifəsində fəaliyyət göstərir.

Elgün Rəsulov 2024-cü ilin yanvar ayından 2026-cı ilin sentyabr ayına kimi  “Azərpoçt”un İdarə heyətinin üzvü, 2022-ci ilin avqust ayından 2024-cü ilin oktyabr ayına kimi isə qurumda sədrin müşaviri vəzifəsini tutub.

E.Rəsulov bundan əvvəl AFB Bank ASC-də müxtəlif vəzifələrdə çalışıb. O, 2020-ci ilin fevral-avqust aylarında bankın Proseslərin idarə edilməsi departamentinin rəhbəri, 2020-ci ilin avqustundan 2022-ci ilin fevralınadək isə CEO-nun müşaviri vəzifəsində çalışıb.

O, 2005–2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadi resursların idarə edilməsi ixtisası üzrə bakalavr təhsili, 2011–2013-cü illərdə Azərbaycan Universitetində Biznesin idarə edilməsi üzrə magistratura – MBA proqramında, bank menecmenti ixtisası üzrə təhsil alıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)