Vakansiyalar

Grossmaster LLC işçi axtarır- MAAŞ 2,000–2,200 AZN

Direktor müavini

Son tarix 15 noy 2026

Tikinti sahəsində fəaliyyət göstərən şirkətimizə gündəlik əməliyyatları sistemli idarə edə bilən, məsuliyyətli və nəticəyönümlü Direktor müavini axtarılır.

Əsas vəzifələr:

  • Şirkətin gündəlik ofis və əməliyyat işlərinin koordinasiyası;
  • Direktor tərəfindən verilən tapşırıqların icrasının sonadək izlənməsi;
  • Aktiv tikinti layihələri və sahə rəhbərləri ilə gündəlik koordinasiya;
  • Sahələrdən gündəlik və həftəlik hesabatların toplanması;
  • Sifarişçi və təchizatçılarla cari məsələlərin izlənməsi;
  • Satınalma, ödəniş və sənəd dövriyyəsinin nəzarətdə saxlanılması;
  • Gecikən və problemli məsələlərin vaxtında rəhbərliyə təqdim olunması;
  • Problemlərlə bağlı mümkün həll variantlarının hazırlanması;
  • Həftəlik rəhbərlik hesabatının hazırlanması;
  • Ofis, sahə, mühasibatlıq və təchizat arasında koordinasiyanın təmin edilməsi.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil
  • İdarəetmə və təşkilatçılıq bacarığı;
  • Tapşırıqları sonadək izləmək vərdişi;
  • Güclü ünsiyyət və koordinasiya bacarığı;
  • Excel və Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Sənədləşmə və işgüzar yazışma bacarığı;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
  • Tikinti sahəsində iş təcrübəsi üstünlükdür;
  • Rus dili biliyi üstünlükdür.
  • Sınaq müddətində əməkhaqqı 1,800 AZN təşkil edəcək, sınaq müddəti bitdikdən sonra isə nəticələrə əsasən 2,000–2,200 AZN arası dəyişəcəkdir.

Sınaq müddəti: 3 ay

Əməkhaqqı: 2,000–2,200 AZN

Maraqlanan namizədlər öz CV-lərini info@grossmaster.az elektron poçt ünvanına göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)