Bank

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları artıb.

ENA.az xəbər verir ki, bu, AMB-nin oktyabrın 29-da uçot faiz dərəcəsi ilə bağlı qərarında öz əksini tapıb.

Bildirilib ki, valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə Mərkəzi Bank tərəfindən valyuta alışları həyata keçirilib.

9 ayda Mərkəzi Bankın valyuta ehtiyatları 33.4% artaraq 15.4 mlrd. ABŞ dollarına yüksəlib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)