Bank

AMB neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il 1 barel neftin qiymətinin 92,8 ABŞ dolları olacağını proqnozlaşdırır.

ENA.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, gələn il üçün isə 1 barel neftin orta qiymətinin 82,8 dollar olacağı gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)