Gündəm

Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Hakan Fidanla təkbətək görüşü olub.

Məlumata görə, görüş çərçivəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Ceyhun Bayramov oktyabrın 29-30-da Ankarada keçirilən 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü çərçivəsində Türkiyədə səfərdədir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)