Birja

Binance kiberhücum zamanı oğurlanan aktivlərin 90%-ni geri qaytarıb

Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Binance” kiberhücum nəticəsində oğurlanan aktivlərin təxminən 90%-nin geri qaytarıldığını açıqlayıb.

ENA.az xəbər verir ki, şirkət hücumdan sonra həyata keçirilən əməliyyatlar nəticəsində vəsaitlərin böyük hissəsini bərpa etməyə və zərər çəkən istifadəçilərin itkilərini qarşılamağa nail olub.

“Binance”in rəhbərliyi bildirib ki, hadisədən dərhal sonra oğurlanan aktivlərin hərəkətinin izlənilməsi, müəyyən hissəsinin dondurulması və geri qaytarılması istiqamətində genişmiqyaslı tədbirlər görülüb.

Şirkət kiberhücumun təsirlərinin aradan qaldırılması və istifadəçilərin vəsaitlərinin qorunması üçün təhlükəsizlik tədbirlərinin daha da gücləndirildiyini də qeyd edib.

Qeyd edək ki, “Binance”ə qarşı həyata keçirilən hücum kriptovalyuta bazarında indiyədək baş vermiş ən böyük təhlükəsizlik insidentlərindən biri kimi qiymətləndirilir.

(Bloomberg HT)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)