Əsas məzmuna keç
Bakı +9°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
SağlamlıqRəsmi

25-26 iyulda koronavirus testlərinin cavabları səhv göndərilib -

25-26 iyulda koronavirus testlərinin cavabları səhv göndərilib -

25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.

!@#

ENA.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

"Qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edirik ki, testin nəticəsini nəzərə almasınlar. 27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək. Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik", - məlumatda deyilir. 

Vətəndaşlara SMS bu formada göndərilir:

"Hörmətli vətəndaş. Sizin verdiyiniz analiz nəticələri ilə bağlı 26.07.2020 tarixində göndərilən cavab SMS-lərində texniki xəta baş vermişdir. Xahiş edirik SMS-ləri nəzərə almayasınız. Texniki səhvə görə üzr istəyirik". 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə