Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Aqrar

60 ədəd taxılyığan kombayn alınır - MÜQAVİLƏLƏR BAĞLANDI

60 ədəd taxılyığan kombayn alınır - MÜQAVİLƏLƏR BAĞLANDI

“Aqrolizinq” ASC 60 ədəd taxılyığan kombaynın satın alınmasına 5 milyon avrodan çox vəsait yönəldəcək.

"Businessinsider.az" dərc olunmuş materiallara istinadən xəbər verir ki,  “Aqrolizinq” ümumi dəyəri 5 milyon 164 min avro olan 2 müqavilə bağlayıb.

"Ninox Alliance" JSC şirkəti ilə 20 ədəd 185 a.q. gücündə taxılyığan kombaynın satın alınması haqqında müqavilə bağlanılıb. Müqavilənin dəyəri 1 milyon 570 min avro təşkil edir.

"Exlex İmpex" LP şirkəti ilə 40 ədəd 152 a.q. gücündə taxılyığan kombaynın satın alınması haqqında müqavilə bağlanılıb. Müqavilənin dəyəri 3 milyon  594 min avro təşkil edir.

​“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə