Əsas məzmuna keç
Bakı +11°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İnşaat və əmlak

“Akkord” Bakıda 275 mln. dollarlıq yaşayış kompleksi tikir

“Akkord” Bakıda 275 mln. dollarlıq yaşayış kompleksi tikir

Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Bakının Səbail rayonunun Badamdar qəsəbəsində biznes sinifinə aid kompleksin tikintisinə $275 mln.-dan artıq vəsait yönəltməyi planlaşdırır.
 
FED.az-ın məlumatına görə, bu barədə layihə ilə tanış olan mənbə məlumat verib.
 
“Layihə $275,2 mln. məbləğində qiymətləndirilir. Kompleks 4,92 min mənzil və 2,5 min parkinq yeri ilə 20-30 çoxmərtəbəli binadan ibarət olacaq. Mənzillərin ümumi sahəsi 405,9 min kvadrat metr, kommersiya otaqlarının sahəsi isə – 45,1 min kvadrat metr təşkil edəcək. Layihə yüksək gəlirli şəxslər üçün nəzərdə tutulur”, – mənbə qeyd edib.
 
Onun sözlərinə görə, layihənin reallaşdırılması müddəti təqribən 5 ilə yaxın, xərclərin çıxarılması müddəti – 4,2 il təşkil edir.
 
Mənbə əlavə edib ki, şirkət layihənin reallaşdırılması məqsədilə xarici investorların cəlb edilməsi imkanını istisna etmir.
 
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” 2010-cu ilin avqustunda “Akkord İnşaat Sənaye” ASC və “Yeni İnşaat Konsaltinqi” MMC tərəfindən təsis edilib. Korporasiya müxtəlif tikinti materiallarının istehsalı ilə məşğul olur, yol-nəqliyyat infrastrukturunun tikintisi üzrə bir sıra layihələrin podratçısıdır. Bundan başqa, şirkət Bakıda və Abşeron yarımadasında yaşayış komplekslərinin tikintisi ilə məşğul olur.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə