Əsas məzmuna keç
Bakı +14°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hi-Tech

Amazon Nvidia ilə rəqabət üçün İsrailin Decart AI şirkətinin texnologiyasını alır

Amazon Nvidia ilə rəqabət üçün İsrailin Decart AI şirkətinin texnologiyasını alır
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

Amazon İsrailin Decart AI şirkətinin texnologiyasını 7,5 milyard dollara alır.

ENA.az xəbər verir ki, ABŞ-nin texnologiya nəhəngi Amazon İsrailin süni intellekt startapı Decart AI şirkətinin optimallaşdırma texnologiyasını almaq və onun təsisçiləri ilə mühəndis heyətini öz komandasına cəlb etmək barədə razılığa gəlib.

Beynəlxalq mediada yayılan məlumatlara görə, razılaşmanın dəyəri təxminən 7,5 milyard dollardır. Amazon isə əməliyyatın maliyyə şərtlərini rəsmi açıqlamayıb.

Razılaşmaya əsasən, Decart-ın həmtəsisçiləri Din Leytersdorf, Moşe Şalev və Orian Leytersdorf, eləcə də şirkətin süni intellekt üzrə tədqiqatçı və mühəndisləri Amazon-a qoşulacaqlar.

Amazon bildirib ki, Decart-ın “Decart Optimization Stack” (DOS) texnologiyası şirkətin öz istehsalı olan çiplərin imkanlarını genişləndirməyə, süni intellekt modellərinin işləmə sürətini artırmağa və hesablama xərclərini azaltmağa kömək edəcək.

Decart 2025-ci ildən Amazon ilə əməkdaşlıq edir. Şirkətin texnologiyası Amazon-un Trainium süni intellekt çiplərinin performansının optimallaşdırılmasında istifadə olunub. DOS proqram təminatı süni intellekt sistemlərinin Nvidia, Amazon və Google kimi şirkətlərin çiplərində daha səmərəli işləməsinə imkan verir.

2023-cü ildə yaradılan Decart bu ilin mayında Nvidia-nın da iştirak etdiyi investisiya raundunda 300 milyon dollar cəlb edib. Həmin vaxt startapın bazar dəyəri təxminən 4 milyard dollar qiymətləndirilirdi.

Razılaşmanın başa çatması tənzimləyici qurumların təsdiqi də daxil olmaqla, adi yekun prosedurlardan asılıdır. (Bloomberg HT)

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə