Amerika tarixində rekord eniş qeydə alınıb

“Apple Inc.” (SPB: AAPL) şirkətinin kapitallaşması cümə axşamı günü 8% düşüb ki, bu da təxminən 180 milyard dollar zərər deməkdir.
ENA.az bu barədə “İnterfaks.az”a istinadən xəbər verir.
!@#
Mütəxəssislərin verdiyi məlumata görə, bu, Amerika bazarının tarixində rekord enişdir.
Buna baxmayaraq, “Apple”ın kapitallaşması hələ də 2 trilyon dollardan çoxdur.
Cari ili nəzərə almasaq, əvvəlki anti-kreord “Facebook” tərəfindən qoyulmuşdu. Belə ki, şirkətin bazar dəyəti 2018-ci ilin iyun ayında 119 milyard dollar (səhmlər 19% düşüb) azalıb. Qeyd edildiyi kimi, bu, “Cambridge Analytica” ilə bağlı qalmaqalın fonunda baş verib.
Bundan əlavə, qeyd edək ki, 2020-ci ilin mart ayında “Apple” və “Microsoft Copr”un (SPB: MSFT) kapitallaşmasında gündəlik eniş 150 milyard dollardan çox olub.











