Əsas məzmuna keç
Bakı +8°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Nvidia rəhbəri ilə bağlı milli təhlükəsizlik araşdırması başlanıb

Nvidia rəhbəri ilə bağlı milli təhlükəsizlik araşdırması başlanıb

Nvidia şirkətinin Direktorlar Şurası baş icraçı direktor Jensen Huang-ın Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən qadınla münasibəti barədə məlumatlardan sonra müstəqil araşdırmaya başlayıb.

ENA.az xəbər verir ki, Huang şirkətin əməkdaşlarına göndərdiyi məktubda həyat yoldaşına xəyanət etdiyini etiraf edib və ailəsindən, həmçinin iş yoldaşlarından üzr istəyib. O, davranışlarına görə məsuliyyəti üzərinə götürdüyünü və heç bir bəhanəsinin olmadığını bildirib.

Huang Nvidia Direktorlar Şurasının başlatdığı araşdırmanı dəstəklədiyini və proseslə tam əməkdaşlıq edəcəyini açıqlayıb. O, şirkəti qorumağa və ABŞ-ın milli təhlükəsizliyini dəstəkləməyə sadiq olduğunu vurğulayıb.

Məsələ ilə bağlı iddialar ötən həftə “The New York Times” qəzetində dərc olunan yazıdan sonra gündəmə gəlib. Nəşrin anonim mənbələrə istinadən yaydığı məlumata görə, Jensen Huang-a yaxın olduğu bildirilən çinli iş qadını Alice Huang-ın Pekinə kəşfiyyat məqsədilə məlumat ötürdüyü ehtimal edilir. Həmin qadının Nvidia çiplərinin Çinə yönləndirilməsində rol oynaya biləcəyi də iddia olunub.

“Associated Press”in məlumatına görə, Nvidia Direktorlar Şurası milli təhlükəsizliyə və ya şirkətin məxfi məlumatlarına zərər dəydiyinə dair hazırda əsas görmədiyini bildirib. Bununla belə, bütün mövcud məlumatların araşdırılacağı qeyd olunub.

Jensen Huang araşdırmanın nəticələrinə qədər şirkətin rəhbəri vəzifəsində qalacaq. (Bloomberg HT)

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə