Əsas məzmuna keç
Bakı +7°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sığorta

“Atasığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

“Atasığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Dekabrın 28-də, saat 15:00-da “Atasığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ENA.az xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanında olacaq.

!@#

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin İdarə Heyətinin sədr müavini Qoşqar Həsənovun səlahiyyət müddətinə baxılması və digər məsələlər daxildir.

Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə