Əsas məzmuna keç
Bakı +12°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

Avropa İttifaqı və İran arasında ödənişlər üçün "INSTEX" mexanizmi işə salınıb

Avropa İttifaqı və İran arasında ödənişlər üçün "INSTEX" mexanizmi işə salınıb

Avropa İttifaqı və İran arasında ödənişlər üçün nəzərdə tutulan "INSTEX" mexanizmi işə salınıb.

ENA.az xəbər verir ki, bunu Avropa İttifaqı diplomatik xidmətinin baş katibi Helqa Şmid Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə Vyanada keçirilən görüşdən sonra öz "Twitter" səhifəsində yazıb.

H.Şmid bildirib: ""INSTEX" artıq işləyir, ilk köçürmələr hazırlanır və daha çox Aİ-yə üzv ölkə bu müxanizmə qoşulacaq".

Onun sözlərinə görə, Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə birgə komissiyanın iclasında konstruktiv muzakirələr baş tutub: "Bütün iştirakçılar tərəfindən İran razılaşmasının tam və səmərəli həyata keçirilməsi əsas vəzifə olaraq qalır".

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə