Əsas məzmuna keç
Bakı +7°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Azərbaycan Beynəlxalq Bankında - YENİ TƏYİNAT

Azərbaycan Beynəlxalq Bankında - YENİ TƏYİNAT

Azərbaycan Beynəlxalq Bankında yeni təyinat olub.

ENA.az xəbər verir ki, İlham Həbibullayev Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin strateji layihələr üzrə müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki,  İ.Həbibullayev  bundan əvvəl "Expressbank"da müxtəlif vəzifələrdə çalışıb. 2010-2017-ci illərdə "Exspressbank"ın İdarə Heyəti sədrinin müavini, 2017-ci ildən son təyinata qədər isə bankın İdarə Heyətinin sədri olub.

1977-ci il təvəllüdlü İlham Həbibullayev 1997-ci ildə BDU-nun Tarix fakültəsini bitirib. 2001-ci ildə İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda magistr dərəcəsi alıb. 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsindən məzun olub.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə