Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qeyri-bank

Azərbaycan dəmir yolunu yenidən qurmaq üçün 150 milyon dollar borc alacaq

Azərbaycan dəmir yolunu yenidən qurmaq üçün 150 milyon dollar borc alacaq

Asiya İnkişaf Bankı (AİB) dəmir yollarının modernləşdirilməsi üçün Azərbaycana 150 milyon dollar kredit ayırmağı planlaşdırır. AİB-in açıqladığı məlumata əsasən, Azərbaycanın dəmir yollarının inkişafı üzrə layihələrin maliyyələşdirilməsinə 75 milyon dollar məbləğində ilk kredit tranşının 2023-cü ildə ayrılması planlaşdırılır. 

Kredit vəsaitləri Bakı-Astara (İran sərhədi) dəmir yolunun modernləşdirilməsinə yönəldiləcək. "Bu dəmir yolunun modernləşdirilməsi Azərbaycan rəhbərliyinin reallaşdırılmasına xüsusi önəm verdiyi Şimal-Cənub layihəsinin bir hissəsi olacaq.

AİB 2017-ci ilin dekabr ayında dəmir yolu sisteminin inkişafı üçün Azərbaycana 400 milyon dollar məbləğində kreditin ayrılmasını təsdiq edib. Kredit vəsaiti hesabına "Azərbaycan Dəmir Yolları" QSC-nin idarəetmə sisteminin gücləndirilməsi, cəmiyyətin maliyyə səmərəliliyinin artırılması, ADY-nin yeni korporativ strukturunun yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bundan başqa, Bakıdan Rusiya ilə sərhədə qədər dəmir yolu infrastrukturunun modernləşdirilməsi nəzərdə tutulur.

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə AİB ölkəmizə 5 milyard dollardan çox kredit ayırıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə