Əsas məzmuna keç
Bakı +9°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Azərbaycanda bank sektorunun xalis mənfəəti 13 dəfə artıb

Azərbaycanda bank sektorunun xalis mənfəəti 13 dəfə artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-iyul aylarında 406,2 milyon manat xalis mənfəət əldə edib.

ENA.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 dəfə çoxdur.

7 ay ərzində aylarında bankların əməliyyat gəlirləri 1 497,8 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 16,6% çox), əməliyyat xərcləri 958 milyon manat (4,4% çox), xüsusi ehtiyatlara ayırmaları 117,1 milyon manat (63,1% az), digər gəlirləri 21,4 milyon manat (23,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 37,9 milyon manat (2,1 dəfə çox) təşkil edib. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə