Əsas məzmuna keç
Bakı +9°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hadisə

Azərbaycanda bankdan yarım milyon pul oğurlandı - Öz işçisi imiş

Azərbaycanda bankdan yarım milyon pul oğurlandı - Öz işçisi imiş

Lisenziyası ləğv edilmiş “Zaminbank”dan 480 min manat məbləğində pul oğurlamaqda təqsirləndirilən Elnur Kərimov barəsində həbs qətimkan tədbiri seçilib. 

"BI"nın xəbərinə görə, “Zaminbank”da kredit mütəxəssisi vəzifəsində çalışmış E.Kərimov etibardan sui-istifadə edərək banka qarşı 480 min manatlıq dələduzluq edib. 

Belə ki, o, işlədiyi dövrdə bankda müştərilərin hesabından pul çıxararaq digər hesablara köçürüb. 

İstintaq dövründə E.Kərimova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Onun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə