Əsas məzmuna keç
Bakı +9°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Rəsmi

Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı - AÇIQLANDI

Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı - AÇIQLANDI

Azərbaycanda 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərinin tarixi açıqlanıb.

“BI” xəbər verir ki, seçkilər dekabrın 27-də keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiqlənən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində xatırladılıb ki, Seçki Məcəlləsinə əsasən bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir. 2019-cu ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2019-cu ilin 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə