Əsas məzmuna keç
Bakı +10°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Azərbaycanda daha bir hakim təqaüdə göndərildi

Azərbaycanda daha bir hakim təqaüdə göndərildi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadə təqaüdə göndərilib.

Yaş həddi ilə bağlı onun hakimlik səlahiyyəti müddəti başa çatıb.

Belə ki, İ.Həsənzadə hakim icraatında olan sonuncu cinayət işi üzrə hökmü oxuyub.

Qeyd edək ki, İradə Həsənzadə hakimlik fəaliyyətinə 2000-ci ildə başlayıb. O, 2000-2007-ci illərdə Xətai Rayon Məhkəməsinin sədri, 2007-2008-ci illərdə Nizami Rayon Məhkəməsinin hakimi, 2008-2010-cu illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi olub.

2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə