Əsas məzmuna keç
Bakı +14°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Aqrar

Azərbaycanda qoyun və keçilərin sayı 2003-⁠cü ildən bəri minimuma enib

Azərbaycanda qoyun və keçilərin sayı 2003-cü ildən bəri minimuma enib
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

Azərbaycanda qoyun və keçilərin sayı son bir ildə 28.6 min baş azalıb. Hazırda bu göstərici üzrə ölkənin lider rayonu Beyləqandır.

ENA.az xəbər verir ki, 2026-cı il oktyabrın 1-i vəziyyətinə ölkədə 6 milyon 735 min 66 baş qoyun və keçi qeydə alınıb. 2025-ci ilin eyni dövründə onların sayı 6 milyon 763 min 682 baş olub. Beləliklə, qoyun və keçilərin sayı illik müqayisədə 28 min 616 baş və ya 0.4% azalıb. Əlavə olaraq 2003-cü ildən bu tərəfə minimuma düşüb.

İnzibati rayonlar üzrə ən yüksək göstərici Beyləqanda qeydə alınıb. Rayonda 265 min 297 baş qoyun və keçi var. İmişlidə bu göstərici 253 min 783, Şəmkirdə 244 min 369, Qubada 234 min 687, Sabirabadda isə 230 min 425 baş təşkil edib.

Bununla yanaşı, Beyləqanda qoyun və keçilərin sayı bir ildə 12 min 881 baş azalıb. Mütləq ifadədə ən böyük azalma Lerikdə qeydə alınıb. Rayonda göstərici 15 min 662 baş azalaraq 67 min 51 başa düşüb. Kəlbəcərdə azalma 11 min 960, Qəbələdə 9 min 160, Laçında 8 min 160, Qubada isə 6 min 887 baş olub.

Hesabat tarixinə ölkədə iribuynuzlu mal-qaranın sayı 2 milyon 430 min 180 baş təşkil edib. Bu, illik müqayisədə 8 min 604 baş və ya 0.4% azdır. İnək və camışların sayı isə 586 baş artaraq 1 milyon 218 min 568 başa çatıb. İribuynuzlu mal-qaranın sayına görə Sabirabad 121 min 444 başla birinci, Bərdə 116 min 69 başla ikinci yerdədir.

Azərbaycanda donuzların sayı 2.9% artaraq 3 min 259 baş olub. Onların 1 658 başı Qaxda, 630 başı Qəbələdə, 332 başı isə Bakıda saxlanılır. Quşçuluq müəssisələrində quşların sayı 13 milyon 214.8 min baş təşkil edib.

Azərbaycan 2026-cı ilin sentyabrında 2 milyon 605 min dollar dəyərində 25 min 130 baş diri qoyun idxal edib. Bunun 23 min 780 başı Gürcüstandan, 1 350 başı Rusiyadan gətirilib. İdxal edilən bir baş qoyunun orta gömrük dəyəri 103.6 dollar və ya 176 manat olub.

Cari ilin ilk səkkiz ayında ölkəyə 418.85 min dollar dəyərində 102.41 ton qoyun əti gətirilib. İdxalın 101.9 tonu Monqolustanın payına düşüb. Qoyun əti idxalı illik müqayisədə həcm baxımından 4.7% azalıb, dəyər ifadəsində isə 12.3% artıb.

DSK-nin məlumatına görə qoyun sümüklü qoyun ətinin bir kiloqramı 19.6 manat olub, bu illik müqayisədə 5% üzərində bahalaşmadır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə