Əsas məzmuna keç
Bakı +11°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

Azərbaycandan Suriyaya qaz tədarükünün maliyyəsini Qətər üzərinə götürüb

Azərbaycandan Suriyaya qaz tədarükünün maliyyəsini Qətər üzərinə götürüb

Qətər Azərbaycandan Suriyaya qaz tədarükünün maliyyəsini üzərinə götürüb.

Bu barədə ABŞ-nin Ankaradakı səfiri və eyni zamanda ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak özünün “X” hesabından bəyan edib.

O, Azərbaycandan Suriyaya qaz tədarükünün maliyyələşdirilməsinə görə Qətərə təşəkkürünü bildirib.

“2 avqust tarixindən etibarən Türkiyə vasitəsilə Suriyaya çatdırılan Azərbaycan təbii qazı 800 meqavat elektrik enerjisinin istehsalını təmin edəcək. Bu isə təxminən 5 milyon evin işıqlandırılması deməkdir. Bu, vəziyyətin sabitləşdirilməsi və humanitar ehtiyacların ödənilməsi baxımından mühüm addımdır”, – deyə diplomat vurğulayıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə