Əsas məzmuna keç
Bakı +12°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qarabağ

Bakı-Laçın avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Bakı-Laçın avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Oktyabrın 30-dan Bakı-Laçın-Bakı reysi üzrə müntəzəm sərnişindaşıma xidməti müvəqqəti olaraq digər Yevlax-Xocalı-Laçın yolu ilə təşkil olunacaq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatında bildirilib.

Məlumata görə, buna səbəb Xudafərin-Qubadlı-Laçın yolunun Həkəri çayının kənarı boyu müvəqqəti yol sahəsinin təqribən 15 km-lik hissəsində əlavə təmir işlərinin və yol sahəsi üzrə müəyyən konfiqurasiya dəyişikliyinin aparılması zərurətidir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə