Bakıda 20 manat kapitalı olan şirkətə 3 milyon manatlıq sifariş verildi

“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi işıqlandırma üçün lazımi mal-materialların alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
!@#
ENA.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “İnterkabel” firmasıdır.
Qalib şirkətə 2,99 milyon manat ödəniləcək.
Qeyd edək ki, “İnterkabel” firması 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 20 manatdır.











