Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Banklar hansı sahələrə daha çox kredit verib? Problemli borclar azalır

Banklar hansı sahələrə daha çox kredit verib? Problemli borclar azalır

Azərbaycanın banklarının və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 2022-ci ilin yanvar-avqust aylarında 11,8% artaraq 19 milyard 136,8 milyon manata çatıb. Avqustda bankların kredit portfeli 0,8% və ya 151,2 milyon manat artıb.

Avqustun sonuna vaxtı keçmiş kreditlərin həcmi 659,7 milyon manat olub ki, bu hesabat dövründə 8,3% azalma deməkdir. Bu isə bütün kreditlərin 3,4%-ini təşkil edir. Xatırladaq ki, 2021-ci ilin sonuna bu rəqəm 4,2% idi. 

31 avqust 2022-ci il tarixinə dövlət payı olan banklar 3 milyard 809,9 milyon manat (artım 14,3 faiz) və ya bütün kreditlərin 19,9 faizidir. Özəl banklar 14 milyard 828,8 milyon manat (artım 11 faiz) kredit verib və bu bütün kreditlərin 77,5%-idir. Yerdə qalan 498,2 milyon manat (artım 8,1%) bank olmayan kredit təşkilatlarının payına düşür.

Avqustun sonuna verilən kreditlərin ümumi həcminin 14 milyard 901,6 milyon manatı (artım 17,4 faiz) milli valyutada, 4 milyard 235,3 milyon manatı (azalma 4,3 faiz) xarici valyutada olub. Eyni zamanda, avqustun sonunda xarici valyutada olan kreditlərin xüsusi çəkisi 22,1% (2021-ci ilin sonunda - 25,8%) təşkil edir.

Bankların kredit qoyuluşlarının strukturunda ticarət və xidmət sektoru üzrə 3 milyard 131,8 milyon manat (bütün kreditlərin 16,4 faizi), mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı 608,9 milyon manat (3,2 faiz), kənd/meşə və balıqçılıq - 598,8 milyon manat (3,1%), tikinti və daşınmaz əmlak - 1 milyard 192,5 milyon manat (6,2%), sənaye və emal sektorunda - 1 milyard 71,8 milyon manat (5,6%), nəqliyyat və rabitə - 759,1 milyon manat (4%), ev təsərrüfatları üçün - 10 milyard 328,2 milyon manat (54%), qalanı isə digər sahələr üzrədir. Eyni zamanda, bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli yanvar-avqust aylarında 20% artıb (avqustda artım 2,2% və ya 219,5 mln. manat olub).

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə