Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Daxili dövlət borcunun 9,5 mlrd. manatı “Azərbaycan Beynəlxalq Bankı” nın payına düşüb

Daxili dövlət borcunun 9,5 mlrd. manatı “Azərbaycan Beynəlxalq Bankı” nın payına düşüb

2025-ci il 1 dekabr tarixinə daxili dövlət borcu 17 milyard 77,5 milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 13,2 faizini təşkil edib.

Maliyyə Nazirliyindən verilən məlumata görə, 2025-ci ilin əvvəli ilə müqayisədə daxili dövlət borcu 1 milyard 582,2 milyon manat və ya 8,5 faiz azalıb.

Daxili dövlət borcunun 8 milyard 18 milyon manatını dövlət qiymətli kağızları üzrə qalıq borc təşkil edir. Bunun 7 milyard 837,9 milyon manatını daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazlarının, 180,1 milyon manatı veksellər üzrə qalıq borcun payına düşür. Daxili dövlət borcunun yerdə qalan 9 milyard 59,5 milyon manatını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması və toksik aktivlərinin reallaşdırılması tədbirləri çərçivəsində buraxılmış dövlət zəmanətli qiymətli kağızlar üzrə hökumətin üzərinə götürdüyü öhdəliklər təşkil edir. (Teleqraf)

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə