Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sağlamlıq

Delta ştamına qarşı vaksinlərin effektivliyi 49 %-⁠ə enib

Delta ştamına qarşı vaksinlərin effektivliyi 49 %-ə enib

Delta ştamının yayılması COVID-19-a qarşı mövcud vaksinlərin effektivliyini aşağı salır.

ENA.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi britaniyalı alimlərin araşdırmalarına istinadən məlumat yayıb.

İngiltərədə 98 min nəfərin iştirak etdiyi və 24 iyun-12 iyul tarixləri arasında aparılmış araşdırmanın nəticələrinə görə, vaksinlərin koronavirus infeksiyasına yoluxmaya qarşı effektivliyi 49 %-ə enib. Bir ay öncə isə bu göstərici 64 % təşkil edib.

“Bloomberg” agentliyi məlumat verir ki, alimlər koronavirusun delta ştamının yayılmasına qarşı mübarizə üçün yeni vaksinlərə ehtiyac olacağını güman edirlər.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə