Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Dövlət Komitəsi “Göyçay-Konyak-Zavodu”nu məhkəməyə verib

Dövlət Komitəsi “Göyçay-Konyak-Zavodu”nu məhkəməyə verib

Əmlak Məsələləri Dövlət Komitəsinin “Göyçay-Konyak Zavodu” ASC-yə qarşı iddiası üzrə məhkəmə prosesi başa çatıb.

"ENA" xəbər verir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsində hakim İlqar Cabbarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, iddia təmin edilib. Belə ki, cavabdeh “Göyçay-Konyak Zavodu” ASC-dən icarə haqqı borcu üzrə 2607 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Komitəsinin xeyrinə tutularaq Komitənin hesabına köçürülməsi barədə qətnamə qəbul edilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə