Əsas məzmuna keç
Bakı +10°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Dövlət və özəl qurumda maaşdan vergi belə tutulacaq - VERGİLƏRDƏN HESABLAMA

Dövlət və özəl qurumda maaşdan vergi belə tutulacaq - VERGİLƏRDƏN HESABLAMA

01 yanvar 2019-cu ildən etibarən hər iki kateqoriya üzrə ayda 500 manat əməkhaqqı alan işçilərin vergi və sosial sığorta ödənişlərinin hesablanmasına dair nümunələri təqdim edirik:


Dövlət və neft-qaz sahəsində fəaliyyət göstərənlər üçün:


Vergi üzrə:

500 - 200 (2500 manata qədər 200 manat güzəşt olunur) = 300 manat

300 manat x 14 faiz (gəlir vergisi) = 42 manat


Sosial sığorta üzrə:

500 x 3,5 faiz = 17,5 manat

Cəmi: 59,5 manat

500 manat - 59,5 manat = 440,5 manat. Yəni dövlət və neft-qaz sahəsində çalışan və aylıq maaşı 500 manat olan işçilər vergi və sosial sığorta haqlarını ödədikdən sonra 440,5 manat əməkhaqqı alacaq.


Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışanlar üçün:


Vergi üzrə:

Gəlir vergisi - 0 faiz (8000 manata qədər gəlir vergisi üzrə güzəşt olunur)


Sosial sığorta üzrə:

6+ (500-200) x10,5 faiz = 37,5 manat

Cəmi: 37,5 manat.

500-37,5=462,5 manat. Yəni neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışan və aylıq maaşı 500 manat olan işçilər vergi və sosial sığorta haqlarını ödədikdən sonra 462,5 manat əməkhaqqı alacaqlar.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə