Əsas məzmuna keç
Bakı +9°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Dünya Bankı Ukraynaya $3 mlrd. ayırır

Dünya Bankı Ukraynaya $3 mlrd. ayırır

Dünya Bankı Ukraynaya 3 milyard dollarlıq dəstək paketi hazırlayır.

ENA.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu da Kiyevin fövqəladə maliyyə tələbinə baxır. Bu barədə BVF-nin icraçı direktoru Kristalina Georgiyeva və DB-nin prezidenti David Malpasın birgə yazılı bəyanatında deyilir.

Bildirilir ki, BVF gələn həftə Ukraynanın təcili maliyyə yardımı tələbinə baxa bilər. Və Dünya Bankı yaxın aylarda rəsmi Kiyevə ümumi məbləği 3 milyard dollar həcmində dəstəyin ayrılmasını müzakirə edəcək.

2020-ci ilin iyun ayında Beynəlxalq Valyuta Fondu Kiyev üçün ümumi həcmi təqribən 5 milyard dollar olan “stand-by” proqramını təsdiqlədi və dərhal 2.1 milyard dollarlıq birinci tranşı ayırıb. Lakin sonra razılaşdırılmış qrafik pozulub və maliyyələşmə uzun müddətə dayandırılıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə