Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qarabağ

Ermənilər öz itkilərini elan etdilər - 13 hərbçi əsir düşüb. 24 erməni hərbçisinin isə taleyi məlum deyil

Ermənilər öz itkilərini elan etdilər - 13 hərbçi əsir düşüb. 24 erməni hərbçisinin isə taleyi məlum deyil

Ermənistan Müdafiə Nazirliyi ötən gün Azərbaycanla sərhədin Laçın-Kəlbəcər istiqamətində gedən döyüşlər zamanı erməni ordusunun verdiyi itkilər barədə rəsmi məlumat yayıb.

ENA.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, noyabrın 17-i səhər saatlarına qədər 1 hərbçinin öldüyü dəqiqləşib, daha 13 hərbçi əsir düşüb. 24 erməni hərbçisinin isə taleyi məlum deyil. Habelə döyüşlər nəticəsində ermənilərin 2 postu Azərbaycan ordusunun nəzarətinə keçib.

Bildirilir ki, hazırda Rusiya tərəfinin vasitəçiliyi ilə “situasiyanın nizamlanması və əsir əsgərlərin qaytarılması” barədə danışıqlar gedir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə