Əsas məzmuna keç
Bakı +15°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qeyri-bank

“Finex Kredit” BOKT-un nizamnamə kapitalı artırılır

“Finex Kredit” BOKT-un nizamnamə kapitalı artırılır

Oktyabrın 2-də, saat 11:00-da "Finex Kredit" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ENA.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 11 ünvanında olacaq.

Yığıncağın gündəliyinə BOKT-un nizamnaməsi kapitalının artırılması və digər məsələlər daxildir.

Xatırladaq ki, "Finex Kredit" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,494 milyon manatdır. BOKT-un səhmlərinin 26,7 %-i Azad Cəbrayılova, 16,7 %-i Səməd Mirzəyevə, 16,5 %-i Ramina Allahverdiyevaya, 13,4 %-i Səadət Mirzəyevaya, 10,2 %-i Şəlalə Tağıyevaya, 7,5 %-i Tokay Şıxəlizadəyə, 3,6 %-i Rövşən Məmmədova, 2,3 %-i Mobil Şərifova, 2 %-i Xaqan Mirzəyevə, 1,1 %-i isə Gülnarə Tağıyevaya məxsusdur. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə