Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

“Formula 1” Azərbaycan Qran Prisinə həsr olunmuş poçt markası buraxılıb

“Formula 1” Azərbaycan Qran Prisinə həsr olunmuş poçt markası buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən “FORMULA 1 AZERBAİJAN GRAND PRİX” adlı poçt markası dövriyyəyə buraxılıb.

Sözügedən marka 26-28 aprel tarixlərində Bakıda keçiriləcək “Formula” Azərbaycan Qran Prisinə həsr edilib. 

Rəssamı Vüqar Eyyubov olan, bir markadan ibarət blok və 8 markadan ibarət suvenir vərəq şəklində buraxılmış marka  Fransanın “Cartor Security Printing” nəşriyyatında çap olunub.

Bir markadan ibarət poçt blokunun nominal dəyəri 3 AZN, 8 markadan ibarət suvenir vərəqin dəyəri isə 4,8 AZN-dir.

Blokun və suvenir vərəqin tirajı ayrı-ayrılıqda 10 000 ədəd təşkil edir.


 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə