Əsas məzmuna keç
Bakı +10°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

FTB yanlışlıqla 11 sentyabr hücumunun şübhəlisi olan vəzifəli şəxsin adını açıqladı

FTB yanlışlıqla 11 sentyabr hücumunun şübhəlisi olan vəzifəli şəxsin adını açıqladı

2001-ci ilin sentyabrın 11-də Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinə edilən hücumda “Əl-Qaidə” terrorçularına yardım etməkdə şübhəli bilinən səudiyyəli vəzifəli şəxsin adı məlum olub.

ENA.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) yanlışlıqla açıqlayıb.

Məlumata görə, həmin şəxs Musaed Əhməd əl-Cərrahdir. İctimailəşən sənəddə onun 1999-2000-ci illərdə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin əməkdaşı olduğu vurğulanıb.

Bildirilib ki, səfirlik əməkdaşı əkiz qüllələrə hücum edən 2 terrorçuya yardım edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə