Əsas məzmuna keç
Bakı +8°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

“Premium Bank”ın sədrinə yeni müşavir təyin olundu

“Premium Bank”ın sədrinə yeni müşavir təyin olundu

“Premium Bank” ASC-də yeni təyinat baş tutub.

ENA.az xəbər verir ki, Camid Mövsümov İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə təyin edilib.

Camid Mövsümov eyni zamanda “Made in Turan” brendinin təsisçisidir. O, 2022-ci ilin avqust ayından Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) İdarə Heyətinin sədridir.

Camid Mövsümov Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə həm bakalavr, həm də magistr pillələri üzrə təhsil alıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə