Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb

İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb

İqtisadiyyat üzrə Nobel mükafatı “institutların necə formalaşdığını və onların rifaha necə təsir etdiyini araşdırdıqlarına” görə Daron Acemoğlu, Saymon Conson və Ceyms Robinsona verilib.

İqtisadiyyat Elmləri üzrə Mükafat Komitəsinin press-relizində qeyd olunur ki, builki laureatlar ölkənin çiçəklənməsi üçün dövlət institutlarının vacibliyini nümayiş etdiriblər.

İqtisadiyyat üzrə mükafat fiziologiya və tibb, fizika, kimya, ədəbiyyat və sülh üzrə Nobel mükafatlarından fərqli olaraq, Alfred Nobelin özü tərəfindən deyil, 1968-ci ildə İsveç Milli Bankı tərəfindən təsis edilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə