Əsas məzmuna keç
Bakı +12°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

İran ABŞ-nin Küveytdəki bazalarına dron hücumu təşkil edib

İran ABŞ-nin Küveytdəki bazalarına dron hücumu təşkil edib

İran ordusu ABŞ-nin Küveytdəki üç mühüm bazasına dron hücumu təşkil edib.

ENA.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin "anlaşmanı dəfələrlə pozmasla cavab olaraq" bu ölkənin Küveytdəki "Arifcan" bazası, Əl-Udeyd düşərgəsindəki helikopterlərin parklanma yerini və Küveytin "Əhməd Əl-Cabir" bazasındakı binanı dronlarla hədəf alıb.

Məlumatda edilən hücumlar "regionda ABŞ-nin pozduğu təhlükəsizlik və sabitliyi bərpa etməklə" əsaslandırılıb.

Daha əvvəl Bəhreyndə ABŞ-nin hava hücumundan müdafiə (HHM) sisteminin məhv edildiyi açıqlanmışdı.

Öz növbəsində, ABŞ Silahlı Qüvvələri İran ərazisindəki hədəflərə yeni zərbələr seriyası yerinə yetirib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə